Milli Məclisin bu gün keçirilən iclasında “Auditor xidməti haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
"Büdcədə qeyri-neft-qaz gəlirlərinin payı proqnozu üstələyib"
FED.az xəbər verir ki, qanuna əsasən sərbəst auditorlar (auditor təşkilatları) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamalıdırlar.
Hazırda üç halda məhkəmələrin tələbi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə əlaqədar və maliyyə bazarlarına nəzarət çərçivəsində bu məlumatlar qeyd olunan orqanlara (qurumlara) təqdim edilə bilər. Təklif olunan dəyişikliyə əsasən buraya yeni bir halın əlavə edilməsi nəzərdə tutulur və bununla da Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələbi ilə auditorun məlumatı verməsinin hüquqi əsası yaradılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.