Azərbaycan Auditorlar Palatası (AAP) respublikada fəaliyyət göstərən auditor şirkətlərinin və müstəqil auditorların reytinqlərini tərtib edib.
FED.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
Auditor şirkətlərinin və müstəqil auditorların reytinqi onların 2018-ci il ərzində fəaliyyətinin yekunları üzrə tərtib olunub.
Reytinq 4 qrup üzrə tərtib olunub: xarici auditor şirkətlərinin filialları üzrə, xarici kapitallı auditor şirkətləri üzrə, yerli auditor şirkətləri üzrə və müstəqil auditorlar üzrə.
Xarici auditor şirkətlərinin filialları arasında birinci yeri "Ernst & Young" (EY) , ikinci yeri "Deloitte & Touche", üçüncü yeri "PWC" tutub.
Xarici kapitallı şirkətlər arasında reytinqə "Baker Tilly Azerbaycan" liderlik edir, ikinci yerdə "Caspian Business Consultans", üçüncü yerdə "Grant Thornton" qərarlaşıb.
Ötən ilin yekunları üzrə yerli auditor şirkətlərinin reytinqinə "İmdat Audit" başçılıq edib, ikinci yerdə "İntegral Consulting", üçüncü yerdə "Premier Audit & Konsultinq" gəlir.
Müstəqil auditorların reytinqində birinci yerdə Səməd İsgəndərov, ikinci yerdə Vəli Kərimov, üçüncü yerdə Altay Cəfərov qərarlaşıb.