Azərbaycan Respublikasının Auditorlar Palatası 2025-ci ildə audit şirkətlərinin fəaliyyəti istiqamətində bir neçə layihə həyata keçirib.
Palatadan FED.AZ saytına bildirilib ki, üzvlər üçün qurum tərəfindən 2025-ci il ərzində metodik vəsaitlər, yəni 1 ədəd Beynəlxalq elmi-praktik konfransın materiallar Toplusu və 1 ədəd kitab - Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi nəşr etdirilib.
Bundan başqa, Auditorlar Palatasının əməkdaşları və üzvləri üçün sahəvi risklərə dair 6 seminar, 1 təlim, 27 kurs və 1 beynəlxalq elmi-praktik konfrans keçirilib.









