28 dekabr tarixində Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilib və qərarlar qəbul edilib:
Eləcə də bax: Auditorlar Palatası "Kölgə iqtisadiyyatı"na qarşı - TƏDBİRLƏR GÖRƏCƏK
1. Kölgə iqtisadiyyatının azaldılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənib hazırlanması barədə;
2. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi barədə;
3. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi barədə;
4. «Audit komitələri haqqında» Əsasnamənin yenidən işlənməsi barədə;
5. Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi barədə;
6. Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması barədə;
7. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi barədə.