Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Eləcə də bax: Azərbaycanda audit: Aşağı qiymət keyfiyyətdən vacibdir?
FED.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib:
1. Auditor təşkilatlarının və sərbəst auditorların 2021-ci ilin I yarımili üzrə hesabatlarının toplanmasına dair icmal-tövsiyələr;
2. “Auditə ictimai etimadın gücləndirilməsi ilə bağlı tövsiyələr”;
3. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin apardığı keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 25 avqust tarixli 03 nömrəli protokolunun təsdiq edilməsi;
4. Şuranın 2004-cü il 28 dekabr tarixli 143/1 nömrəli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına əlavə və dəyişik edilməsi;
5. Auditorlar Palatası sədrinin “Auditorlar Palatasının struktur bölmələrinin fəaliyyətlərinin yoxlanılması barədə” 2021-ci il 16 iyul tarixli 1/16 nömrəli sərəncamına uyğun olaraq aparılmış yoxlamaların nəticələri.