Ötən il Audiovizual Şuranın verdiyi lisenziyalardan onun xəzinə hesabına 41 500 manat büdcədənkənar vəsait daxil olub.
Audiovizual Şuranın 2022-ci il üzrə maliyyə hesabatı - AÇIQLANIB
FED.az quruma istinadən xəbər verir ki, həmin vəsait dövlət büdcəsinə köçürülüb.
Ötən il Şuraya dövlət büdcəsindən əsas xərclər üçün 1 979 785 manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün 598,5 manat, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün isə 62 000 manat, ümumilikdə 2 042 383,5 manat vəsait ayrılıb, təyinatı üzrə istifadə olunub, istifadə olunmamış 51 664,64 manat büdcəyə qaytarılıb. (Report)