"Azərbaycanda bankların biznesə təklif etdiyi kreditlərin əlçatanlığı aşağı, kredit faizləri çox yüksəkdir".
Eləcə də bax: Mərkəzi Bank kredit faizlərinin aşağı salınması üzərində işləyir – RƏSMİ
FED.az xəbər verir ki, bunu "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) ümumi yığıncağında çıxış edərkən Birliyin İdarə Heyətinin sədri Cemal Yangın deyib.
Onun sözlərinə görə, maliyyə əlçatanlığını artırmaq üçün banklarla ATİB-ə üzvü olan şirkətlər arasında iş birliyinin genişləndirilməsinə ehtiyac var.
"Azərbaycanda fəaliyyət göstərən və ATİB-də təmsil olunan "Yapı Kredi Bank" və "Ziraat Bank Azərbaycan"la şirkətlər arasında fəaliyyətin uzlaşdırılması üçün müzakirələr aparırıq"- deyə ATİB sədri əlavə edib. (Apa)