Əmanətlərin Sığortalanması Fondunun 2125200903850 saylı, 19.10.2021 il tarixli məktubu ilə hərracı dayandırılan Xaçmaz rayonu, Heydər Əliyev prospekti 33B ünvanında yerləşən qeyri-yaşayış binasının hərracı Əmanətlərin Sığortalanması Fondunun 2225200903143 saylı, 03.11.2022 il tarixli məktubuna əsasən davam etdirilir.
"Texnika Bank", "Royal Bank" və "Bank Standard"ın əmlakları - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, 07 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak təkrar açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak Xaçmaz rayonu, Heydər Əliyev prospekti 33B ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 34425 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir. (“AVİS” aptekin arxası)