Gürcüstan Fintex Assosiasiyası Azərbaycanla təkcə bank sistemi deyil, maliyyə texnologiyaları sahəsində də əməkdaşlıq edə bilər.
İlk dəfə olaraq "Baku Fintech Forum" - KEÇİRİLİR
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Fintex Assosiasiyasının Müşahidə Şurasının sədri David Kikvidze jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Azərbaycan maliyyə bazarı üçün çox maraqlı ölkədir: "Son illər Azərbaycan maliyyə bazarını müşahidə edirəm. Burda maliyyə-bank sistemi sahəsində uğurla inkişaf gedir. Mən çox istəyərəm ki, biznes istiqamətində də öz təcrübələrimizi bölüşək. Gürcüstanda fintex şirkətləri var ki, Azərbaycan bazarına daxil olmaqda maraqlıdırlar. Düşünürəm ki, Azərbaycan üçün də Gürcüstan bazarına çıxmaq maraqlı olacaq. Çünki Gürcüstanın sabit maliyyə bazarı və geniş imkanları var". (Report)