Asiya İnkişaf Bankı (ADB) neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
Azərbaycanda iyunda gündəlik neft hasilatı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Bankın hesabatında bildirilib. ADB aprel proqnozu ilə müqayisədə 2023-cü il üzrə "Brent" neftinin qiymətini 8 dollar azaldaraq 80 dollara, 2024-cü ildə isə 6 dollar azaldaraq 84 dollara qədər endirib. Bank qeyd edib ki, iyun ayında "Brent" neftinin orta qiyməti 75,68 dollar/barel səviyyəsində olub ki, bu da apreldəki qiymət artırımdan sonra 14,4%, 2022-ci ilin iyun ayı ilə müqayisədə isə 40,5% azdır.
Bildirilib ki, benzinə artan mövsümi tələbə, "OPEC+" ölkələrinin istehsalın azaldılması kimi amillərlə bağlı gözlənilən bazar sərtləşməsinə baxmayaraq, sənaye fəaliyyətinin zəifləməsi, mərkəzi bankların yüksək uçot faiz dərəcələri və Rusiya Federasiyasından gözlənilmədən yüksək neft ixracı qiymətlərin artmasının qarşısını alıb.
Ümumilikdə isə ADB hesab edir ki, bu ilin qalan dövrü ərzində neft qiymətlərində artım gözlənilsə də, aprel-may aylarında kəskin azalma neftin orta qiymətini aşağı salacaq. Neftin qiymətində artım 2024-cü ildə nisbətən bərpa olunacaq. (Apa)