Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
FED.az xəbər verir ki, ADB Azərbaycanda real ÜDM-in 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırıb. Bu isə əvvəlki qiymətləndirmələrlə müqayisədə 0,8 faiz bəndi çoxdur.
Ümumilikdə, ADB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.
Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya üzrə iqtsadi artımın 2024-cü ildəki 5,7 % -dən, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılıb.
ADB bunu sözügedən ölkələrdə zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlaması ilə izah edib. (Apa)