2025-ci ilin ilk rübündə Azərbaycana Asiya İnkişaf Bankından 1 milyon 620 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 314 min ABŞ dolları və ya 16,2% azalıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Asiya İnkişaf Bankından yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1 milyon 934 min ABŞ dolları olub.
Hesabat rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Asiya İnkişaf Bankının payı 0,1% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,1% idi.