Asiya İnkişaf Bankının (AİB, yaxud ADB) enerji daşıyıcıları, o cümlədən neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağı proqnozlaşdır.
Eləcə də bax: Qarşıdakı üç ildə manatın məzənnəsi necə olacaq? - PROQNOZ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın “Asian Development Outlook 2022″ adlı yeni hesabatında bildirilir.
ADB deyir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər”.
ADB qeyd edir ki, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatın məzənnəsinin azalmasına səbəb ola bilən təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək.
Bildirək ki, hazırda USD/AZN cütlüyünün məzənnəsi 2017-ci ilin birinci rübündən bu tərəfə sabit saxlanılır.