Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalmaların dəstəklənməsi üzrə fəaliyyət planının razılaşdırılması üçün Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparır.
Asiya Bankı manatla istiqrazlar yerləşdirib - 11,5 milyon dollar cəlb edib
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə ADB-nin Baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor bildirib.
O vurğulayıb ki, ADB diaqnostika aparıb və dayanıqlı satınalmaları inkişaf edən təcrübə hesab edir: “Bir sıra təşəbbüslər var və onları həyata keçirmək üçün imkanlar axtarırıq”.
C.Teylorun sözlərinə görə, hazırda Azərbaycanda ADB-nin dəstəyinə və diqqətinə layiq olan təşəbbüslər həyata keçirilir.
Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb və onun 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür. (Report)