Asiya İnkişaf Bankının (AİB) hesabatına əsasən iqtisadi inkişaf üçün risklərin artmasına baxmayaraq, Asiya və Sakit Okean regionunda ciddi iqtisadi artım gözlənilir.
ADB Azərbaycanda iqtisadi artıma dair - PROQNOZLARINI AZALDIB
FED.az xəbər verir ki, bu gün dərc olunan 2023-cü il sentyabr ayı üçün Asiyanın İnkişaf Perspektivləri (ADO), regionun inkişaf etməkdə olan iqtisadiyyatlarının bu il 4,7% artacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozdan, 4,8%-dən bir qədər aşağıdır. Gələn il üçün artım proqnozu 4,8% səviyyəsində qalır.
Bu ilin birinci yarısında regiondakı artım ciddi daxili tələbat və Çin Xalq Respublikasında (ÇXR) məhdudiyyətlərin tədricən aradan qaldırılması ilə bağlıdır. Baxmayaraq ki, zəif qlobal proqnozlar ixrac tələbini qismən azaldıb. Yenidən canlanan turizm, dayanıqlı xidmət sektoru, bölgəyə sabit pul köçürmələri və maliyyə vəziyyətinin yaxşılaşması kimi amillər iqtisadi fəallığa dəstək olur. Həmçinin inflyasiya ötən il pik həddə qalxsa da hazırda əksər ölkələrdə aşağı düşür.
Bununla belə, ÇXR-in əmlak sektorundakı zəif inkişaf göstəriciləri regional perspektivlərə təsir edir. Qlobal səviyyədə yüksək faiz dərəcələri maliyyə qeyri-sabitliyi riskini artırıb. Rusiyanın Ukraynada davam edən işğalına görə təchizat sektorunda yaranan problemlər, ixrac məhdudiyyətləri, habelə El Ninyonun quraqlıq və daşqın riskinin artmasına səbəb olması, ərzaq qiymətlərinin yenidən artmasına gətirib çıxara və ərzaq təhlükəsizliyini sual altında qoya bilər.
AİB-in baş iqtisadçısı Albert Park qeyd edir ki: "İnkişaf etməkdə olan Asiya ölkələrində iqtisadi inkişaf sürətlə artmağa davam edir və inflyasiya təzyiqləri azalır". “Bölgədəki bəzi mərkəzi banklar faiz dərəcələrini aşağı salmağa başlayıblar ki, bu da artıma təkan verəcək. Bununla belə, ölkələr regionun üzləşdiyi çoxsaylı risklərə qarşı ayıq olmalıdırlar. ÇXR-də əmlak bazarının zəifliyi narahatlıq üçün əsas yaratmaqda davam edir. İqlim səbəb olduğu və El Ninyonun səbəb olduğu fövqəladə hava şəraitləri bizə xatırladır ki, iqtisadiyyatlar dayanıqlılığa nail olmaq və ən həssas təbəqələri qorumaq üçün birlikdə çalışmalıdırlar”.
Asiya və Sakit Okean regionun inkişaf etməkdə olan ölkələri üçün bu ilki inflyasiya əvvəlki proqnozla (4,2%) müqayisədə azalaraq 3,6% olacağı gözlənilir. Bu, əsasən ÇXR-də aşağı inflyasiya, sabit ərzaq və enerji qiymətləri ilə bağlıdır. Gələn il üçün inflyasiya proqnozu 3,5% təşkil edir.
Zəif ixrac tələbi Asiyanın inkişaf etməkdə olan regionlarından olan Cənub-Şərqi Asiyada cari il üzrə artım proqnozu əvvəlcə proqnozlaşdırılmış 4,7%-dən səviyyəsindən 4,6%-ə endirilib. Cənubi Asiya üçün proqnoz da 0,1 faiz azalaraq 5,4%-ə endirilib – baxmayaraq ki, sözügedən region ciddi investisiya və istehlak sayəsində ən sürətlə inkişaf etməkdə olan regiondur. Şərqi Asiya üçün proqnoz 4,6%-dən 4,4%-ə endirilib, ÇXR-in isə apreldəki 5,0% artım proqnozuna nisbətən bu il 4,9% artıma nail olması gözlənilir. Qafqaz, Mərkəzi Asiya və Sakit Okean region üçün artım proqnozları yüksək qiymətləndirilir.
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.