Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) özündə və 1,2,3,4,5 saylı Bakı ASAN xidmət mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Masallı, Qəbələ, Mingəçevir, Quba, İmişli, Şəki regional ASAN xidmət mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində, İmişli və Şəki regional ASAN xidmət mərkəzlərində gündəlik təmizlik işlərinin satınalınmasına dair 15 müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bu xidmətlərin müqabilində “Təmiz Servis” MMC-yə 1 556 481 manat, “Servis Xidməti” MMC-yə 921 150 manat, “Klassik Era” MMC-yə 104 894 manat ödəniləcək.
Beləliklə gündəlik təmizlik işlərinə toplam olaraq 2 582 525 manat xərclənəcək.
Eləcə də bax: Dövlət Agentliyi 1,4 milyon manatliq 40 avtomobil alıb