FED.az xəbər verir ki, "AS Prof Group" şirkəti Gömrük Brokeri axtarır.
Vəzifə: Gömrük Brokeri
Bakı
Yaş: 22 - 38 yaş
Təhsil: Ali
Təcrübə: 2 il
Əmək haqqı: 1000 AZN-dək
• Bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində baytarlıq, fito-sanitar və digər icra hakimiyyəti orqanları tərəfindən aparılan başqa dövlət nəzarəti növlərinin həyata keçirilməsinin təmin edilməsi;
• Gömrük orqanlarının tələbi ilə bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;
• Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
• Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlanması;
• Gömrük orqanlarının tələbi ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində iştirak etmək və bunun həyata keçirilməsində gömrük orqanlarına yardım göstərilməsi;
• Gömrük orqanlarının tələbi ilə təmsil etdiyi şirkətin hesabına gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının digər şəkildə təyin edilməsi;
• Gömrük ödənişlərinin düzgün hesablanması;
• Gömrük brokeri ilə və onun təmsil etdiyi şirkət arasında bağlanmış müqavilədə gömrük ödənişləri nəzərdə tutulduğu hallarda, bəyan edilən mallar və nəqliyyat vasitələri üzrə gömrük ödənişləri gömrük brokeri tərəfindən ödənilməsinin, digər hallarda isə gömrük brokerinin təmsil etdiyi şəxs və ya hər bir marağı olan şəxs tərəfindən ödənilməsinin təmin edilməsi
Tələblər:
• Ali təhsili(logistika üzrə təhsil olanlara üstünlük veriləcəkdir)
• MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli
• Azərbaycan, Rus dili (səlis), İngilis dili (yaxşı)
• Dürüst, səmimi, məsuliyyətli və diqqətli olma və təşəbbüskarlıq qabiliyyəti
• Yarana biləcək problemləri həll etmək bacarığı
• Analitik təfəkkür
• Logistika və ixrac əməliyyatları sahəsində minimum 2-4 il iş təcrübəsi
- İş rejimi: 1-ci -5-ci günlər-saat 09:00-dan 18:30-dək
6-cı gün-saat 10:00-dan-15:00-dək
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Gömrük Brokeri " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] ünvanına göndərə bilərlər.