Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) yeni sədr təyin edilib. FED.az xəbər verir ki, ARPA-nın yeni İdarə Heyətinin Sədri Günay Şahbazova təyin edilib. Günay Şahbazova bu vəzifədə Əli Bayramovu əvəz edib.
G.Şahbazova bu təyinatdan əvvəl ARPA-da menecer kimi çalışıb.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.
ARPA-ya yeni sədr təyin edildi

14:07
21 May 2019