Bakıda "Beynəlxalq Banklararası Valyuta Mübadiləsi" mövzusunda seminar keçirilib. FED.az xəbər verir ki, seminarı “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası” (ARPA) təşkil edib.
Seminarda "İnforex" şirkətinin vitse-prezidenti Qafar İmanverdiyev internet üzərindən birjaya çıxıb və internet üzərindən valyutaların alınıb satılması, eləcə də kiçik və iri həcmli yatırımla qısa zaman ərzində gəlirlərin əldə olunması barədə danışıb.
Qafar İmanverdiyev iştirakçıların suallarını cavablandıraraq şəxsi təcrübəsini ilə də bölüşüb.
Qeyd edək ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilib. ARPA İB-nin 1000-dən çox fərdi, 12 korporativ üzvü vardır.