Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) iyun ayının 1-də daaha bir təlimə start verir.
ARPA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlim İnsan Resursları istiqamətində “Effektivliyin İdarə Edilməsi və Təşkilati İnkişaf“ (Performance Management and organization development) mövzusunu əhatə edəcək.
ARPA-nın baş ofisində keçiriləcək seminarın spikeri “Capacity Building” şirkətinin eksperti Araz Paşayevdir.
Qeyd edək ki, seminar ARPA üzvləri üçün ödənişsizdir. Qeyri-üzv iştirakçılar üçün iştirak haqqı 50 AZN-dir.
Semianrda iştirak etmək istəyənlər şəxslər [email protected] elektron ünvnına yazaraq müraciət edə və ya (+99412) 505 00 56 nömrəisi ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.
ARPA HR sahəsi üzrə yeni təlimə başlayır
18:38
30 May 2018