Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) öz fəaliyyətini daha da genişləndirmək məqsədi ilə qurumdaxili yeni komitələr təsis edir.
ARPA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a verilən məlumata görə, dörd yeni komitənin təsis edilməsi nəzərdə tutulub ki, bunlara “Risk Komitəsi”, “Sığorta Komitəsi” “Mühasiblər Komitəsi” və “HR Komitəsi” daxildir.
Komitələrin yaradılmasında məqsəd komitə üzvlərinin və sədrlərinin bir araya gələrək risk, sığorta, mühaisbatlıq, HR və digər sahələrdə olan mövcud problemləri müzakirə etmək, müvafiq beynəlxalq təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi, eləcə də problemlərin həlli yolları üçün müəyyən addımların atılması kimi məsələləri daha dərindən müzakirə etməkdir.
APRA bəyan edir ki, özünü peşəkar hesab edən mütəxəsisslər yeni yaradılacaq komitələrin üzvü və ya sədri olmaq üçün istənilən vaxt müraciət edə bilərlər.
Müraciətlərlə bağlı məktublar [email protected] elektron ünvanına göndərilə bilər.
Birbaşa əlaqələndirici şəxs: Günay Şahbazova
Əlaqə nömrəsi: (012) 505 00 56
ARPA fəaliyyətini genişləndirir - Qurum yeni komitələr təsis edir
18:49
21 May 2018