Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,303 mlrd. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.
Təkcə aprel ayında isə ARDNF hərraclarda 531,1 mln. ABŞ dolları məbləğində vəsait satıb. Bu isə ötən ilin aprel ayından 25% çoxdur.
Qeyd edək ki, ötən ay ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib.
Report