Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu (ARDNF) 1 082,2 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur.
Təkcə fevral ayında isə ARDNF-in valyuta satışının məbləği 437,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 19,5% azdır. (Report)