Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu (ARDNF) 1 098,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 371,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 15,1% azdır. (Report)