Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 1 624,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 526,2 milyon dollar təşkil edib. Bu isə ötən ilin mart ayına nisbətən 32,3% çoxdur. (Report)