Bu ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 427 milyon ABŞ dolları vəsaitin 234,7 milyon ABŞ dolları və yaxud 55 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Neft Fondu 10 ayda 7 milyard dollardan çox gəlir əldə edib
Bu barədə FED.az-a Fonddan bildirilib.
Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (192,3 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 107,8 milyon ABŞ dolları və yaxud 1 % artaraq 10 milyard 508,1 milyon ABŞ dollarından 10 milyard 615,9 milyon ABŞ dollarına çatıb.