Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları 3,5 mlrd. ABŞ dollarına, portfeldə payı isə 5,9%-ə çatıb.
Neft Fondunun xərclərinin 90%-i dövlət büdcəsinə xərclənib
FED.az xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O bildirib ki, Fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 mlrd. dollar gəlir əldə edib. Daşınmaz əmlakın gəlirliliyi 2,9% təşkil edib.
F. Zeynalov əlavə edib ki, 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaların davam etdirməyi planlaşdırır. (Apa)