Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 70,978 milyon ABŞ dolları gəlir əldə edib.
Eləcə də bax: ARDNF I yarım il üçün AÇG və “Şahdəniz” yataqları üzrə - Gəlirlərini Açıqladı
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64% azdır.
Yarım illik gəlirlərin 57,131 milyon dolları kondensat satışından əldə oluub. Bu isə 1 il əvvələ nisbətən 56,4% azdır.
“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 738 milyon dollar təşkil edib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir. (Report)