Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 002 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 58% çoxdur.
"Şahdəniz" qazının ixracı - 9%-DƏK ARTIB
FED.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 633,256 mln. ABŞ dollarına bərabər olub.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.07.2023 tarixinə) 210,851 mln. ABŞ dolları olub, bu da isə 4,1% azalma deməkdir. Belə ki, 2022-ci ilin birinci yarısında ARDNF kondensatın satışından 219,357 mln. ABŞ dolları əldə etmişdi