Bu ilin I yarısında Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 4 648 milyon manat vəsait transfert edib.
Eləcə də bax: Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri - TƏSDİQLƏYİB - SİYAHI
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozdan 26,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% azdır.
"Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamika Fonddan büdcəyə nəzərdə tutulan transfertdən 1 712 milyon manat az istifadə olunmasına imkan verib", - deyə nazirlik bəyan edib. (Report)