2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 38,247 milyon manat təşkil edəcəyi gözlənilir.
Neft Fondu vəsaitlərinin gəlirliliyini artıracaq
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 3,1 % çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 40,1 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 17,522 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,276 milyon manat xərcləyəcək. (Report)