Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 947,9 mln. manat təşkil etməklə, 17 711,9 mln. manat xərclərindən 1 236 mln. manat artıq olub.
Eləcə də bax: Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair - OPERATİV MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bildirdiyinə görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 309,7 mln. manat və ya proqnoza nisbətdə 1 840,3 mln. manat (20,1%) az vəsait daxil olub.
Qeyd edək ki, Neft Fondunun transfertlərinin büdcəyə azaldılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.