Dövlət Neft Fondu (ARDNF) 01 sentyabr 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Neftin qiyməti 10 dollar artanda Neft Fonduna əlavə 400 milyon dollar toplanır
FED.az xəbər verir ki, Fond 2024-cü ilin 8 ayı ərzində (01.01.2024 - 01.09.2024) AÇG yatağı üzrə 4 milyard 271,6 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) üzrə 364 milyon 465 min ABŞ dolları gəlir əldə edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 113 milyon 878 min ABŞ dolları təşkil edib.
Fond 8 ay ərzində hər iki yataq üzrə cəmi 4 milyard 636 milyon 65 min ABŞ dolları gəlir əldə edib.
Qeyd edək ki, ARDNF 2023-cü ilin 8 ayı ərzində AÇG yatağı üzrə 4 milyard 728 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə 1 milyard 183 milyon ABŞ dolları gəlir əldə etmişdi (cəmi 5 milyard 911 milyon dollar).