Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 9 milyard 654 milyon manat təşkil edib.
Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 8 aylıq ödəniş tam icra edilib.