Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 12 milyard 67,5 milyon manat təşkil edib.
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 10 aylıq ödəniş tam icra edilib.












