Azərbaycanda və dünyada baş verən proseslər alkoqollu içkilərin və şərabçılıq məhsullarının qiymətinin artmasına səbəb olacaq.
Rusiya şirkəti “Şəki Şərab” zavodunda köpüklənən şərabların - İSTEHSALINA BAŞLADI - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə yerli şərab şirkətlərinin biznesin təsvir edən auditorlar bildirir.
Hesabatda deyilir ki, tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2023-cü il tarixli Sərəncamına əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi cari ildə alkoqollu içkilərin qiymət artımına səbəb ola bilər.
Yerli istehsalın rəqabətinin artırılması və ixracının genişləndirilməsi, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində atılan bu addım şərab şirkətlərinin cari 2023-cü il ərzində ümumi gəlirlərinin artmasına da təsir edəcək.
Bundan başqa, yerli alkoqollu və ya alkoqolsuz içkilərin istehsalçıların gəlirlərinə digər amillər də təsir edə bilər.
Belə ki, son illər ölkədə şərabçılıq sahəsinin inkişafı geniş vüsət alıb. Dövlət dəstəyi ilə şərabçılığın əsas xammalı olan üzüm bağları dövlət dəstəyi ilə verilən güzəştli kreditlər hesabına kifayət qədər genişləndirilib.
Eyni zamanda xarici ölkələrdə açılan “Azərbaycan Ev”lərində azərbaycan brendi olan şərab məhsullarının tanıtımı çərçivəsində ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
«Son dörd ildə məhsuldarlığın artması hesabına üzüm istehsalı 25%, üzüm şərabında isə 12.5% artım müşahidə olunub. Paralel olaraq digər spirtli içkilərın istehsalında də artım müşahidə olunmaqdadır»-deyə bildirilir.