“Hesablamalarımıza əsasən, Azərbaycanda kənd təsərrüfatı sahəsinə ildə təxminən 1 milyardmanat kredit lazımdır”.
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin (İH) sədri, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin üzvü Süleyman Kələşov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı vəziyyət qaneedici deyil: “Ölkə üzrə ümumi kredit portfeli 11,7 milyard manatdır. Bunun isə cəmi 600-700 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılıb. Ən çox kredit isə emal sahəsinə verilib”.
Eləcə də bax: Dağların başında “ulduz otağı” - FOTO