“Apple” şirkəti “Apple ID” hesabına ödəniş üsulu kimi “Mir” ödəniş sisteminin bank kartlarını əlavə edib.
Eləcə də bax: “Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag” bildirir.
Xatırladaq ki, daha əvvəl Rusiya Mərkəzi Bankı “Visa” və “Mastercard” kartları üçün “Apple Pay” və “Google Pay” xidmətlərinin əlçatmaz olacağını bildirmişdi.
Bununla yanaşı, Rusiyanın ödəniş sistemi kartını “Apple ID” xidmətinə bağlamaq hələ mümkün olmayıb. “Mir kartını Apple ID ilə əlaqələndirmək üçün bir neçə cəhddən sonra heç nə alınmayıb”, – mesajda deyilir.