"Apple" şirkəti martın 25-də keçirdiyi prezentasiyasında "Apple Card" adlı məhsulunu buraxdığını elan edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin kart üzrə partyoru "Goldman Sachs" və "Mastercard"dır.
Eləcə də bax: Bank Respublika Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə məhdud sayda yubiley kartı buraxıb
Şirkət əməliyyatların "Apple Card" vasitəsilə həyata keçiriləcəyi təqdirdə, dükanlarında və servislərində xərclənən vəsaitin 3%-ni, digər yerlərdəki alış-verişlərin 2%-ni geri qaytarmağı (cashback) vəd verir.
Qeyd edək ki, fiziki kartda heç bir nömrə qeyd olunmayacaq, yalnız istifadəçinin adı yazılacaq.
@ona