Bu ilin yanvar-mart aylarında Azərbaycanın aparıcı dövlət və özəl qurumları nağd şəkildə 430 496 882 manatlıq əməliyyatlar aparıb.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 485 863 manat və yaxud 1,3%azdır.
Məlumata görə, ümumilikdə 33 qurumun yer aldığı siyahıya liderliyi 197 138 541 manatla Dövlət Gömrük Komitəsi (DGK) edir. Digər iki yeri isə müvafiq olaraq 46 577 510 manatla “Azərişıq” ASC və 42 080 826manatla Vergilər Nazirliyi bölüşür.
Sonuncu yerləri isə heç bir əməliyyat aparmayan Bank Sertifikat Xidmətləri Mərkəzi və Elektron Lisenziyalar Portalı tutub.
Sıra № | Qurumun adı | Əməliyyatların sayı | Əməliyyatların həcmi |
1 | Dövlət Gömrük Komitəsi | 320 416 | 197 138 541 |
2 | “Azərişıq” ASC | 2 239 220 | 46 577 510 |
3 | Vergilər Nazirliyi | 283 783 | 42 080 826 |
4 | SOCAR-ın“Azəriqaz” İB | 1 430 210 | 40 116 879 |
5 | Daxili İşlər Nazirliyi | 1 106 288 | 32 645 453 |
6 | İpoteka və Kredit Zəmanət Fondu | 106 407 | 21 894 015 |
7 | Dövlət Sosial Müdafiə Fondu | 278 176 | 16 301 117 |
8 | İcbari Sığorta Bürosu | 121 202 | 6 348 992 |
9 | “Azərişıq” ASC (Smart) | 583 845 | 5 857 706 |
10 | Stasionar Telefon Operatorları | 867 232 | 4 373 737 |
11 | “Azərsu” ASC | 473 386 | 3 758 558 |
12 | Əmlak Məsələləri Dövlət Komitəsi | 102 017 | 3 620 611 |
13 | Ali Təhsil Müəsisələri | 5 154 | 2 936 671 |
14 | Dövlət Miqrasiya Xidməti | 11 899 | 2 678 459 |
15 | “Azercell Telecom” MMC | 225 252 | 861073 |
16 | Maliyyə Nazirliyi | 40 744 | 550 024 |
17 | Qida Təhlükəsizliyi Agentliyi | 7 758 | 546 937 |
18 | Məhkəmələr | 29 615 | 517 270 |
19 | Bakı Nəqliyyat Agentliyi | 25 307 | 491 256 |
20 | “Azəristiliktəchizat” ASC | 31 404 | 373 137 |
21 | “Bakcell” MMC | 105 474 | 346 958 |
22 | “Azerfon” MMC | 72 300 | 186 282 |
23 | İqtisadiyyat Nazirliyi | 10 439 | 167 069 |
24 | Dövlət İmtahan Mərkəzi | 1 914 | 88 099 |
25 | Təhsil Nazirliyi | 690 | 22 425 |
26 | Xarici İşlər Nazirliyi | 969 | 7 818 |
27 | Ədliyyə Nazirliyi | 293 | 5 860 |
28 | Milli Sertifikat Xidmətləri Mərkəzi | 132 | 2 474 |
29 | Fövqəladə Hallar Nazirliyi | 6 | 600 |
30 | Əmanətlərin Sığortalanması Fondu | 5 | 466 |
31 | Məktəbdənkənar təhsil müəssisələri | 1 | 60 |
32 | Bank Sertifikat Xidmətləri Mərkəzi | 0 | 0 |
33 | Elektron Lisenziyalar Portalı | 0 | 0 |
Cəmi | 8 481 538 | 430 496 882 |