29 oktyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İllik Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda AMFA-nın Müşahidə Şurasının və Nəzarət- Təftiş Komissiyasının tərkibi yenilənmişdir.
Eləcə də bax: AMFA-nın Müşahidə Şurasına - Yeni Üzv Seçilib
AMFA-dan FED.az-a verilən məlumata görə, AMFA-nın Müşahidə Şurasına aşağıdakı 7 təşkilatın səlahiyyətli nümayəndələri seçilmişdir:
1) BOKT "İnkişaf üçün Maliyyə" MMC-nin İdarə Heyətinin Sədri- Cəlal Əliyev ;
2) BOKT “Aqrarkredit” QSC-nin İdarə Heyətinin üzvü- Süleyman Kələşov ;
3) BOKT “FİNCA Azerbaijan” MMC-nin Regional Əməliyyat Meneceri- Lütvəli Zeynallı ;
4) ) BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin İdarə Heyətinin Sədri- Aynur Əliyeva;
5) BOKT “Finex Kredit” ASC-nin İdarə Heyətinin Sədri -Rəşad Qasımov ;
5) “PAŞA Bank” ASC-nin Maliyyə İnstitutları və Xidmət Sənayesinin Rəhbəri -Elvin Cəfərov;
6) “Muğanbank” ASC-nin Beynəlxalq Maliyyə İnstitutları ilə İş Şöbəsinin Rəhbəri- Elmar Sadıxov.
Nəzarət- Təftiş Komissiyasının Komissiyası tərkibinə 3 üzv təşkilatın nümayəndələri seçilmişdir:
1) “Parabokt” ASC-nin İdarə heyəti sədrinin müavini - Rəcəb Hüseynov,
2) BOKT “Qafqaz-Kredit” MMC-nin İdarə Heyətinin üzvü, Züleyxa Rəsulova
3) BOKT “Avrasiya-Kredit” MMC-nin icraçı direktoru Xaliq Qasımov.
Azərbaycan Mikromaliyyə Assosiasiyası 2004-cü ildən Ədliyyə Nazirliyində qeydiyyata alınmış ictimai birlik olaraq biznes assosiasiyası kimi fəaliyyət göstərir.
AMFA Azərbaycanda mikromaliyyə institutlarının potensial imkanlarının gücləndirilməsi və mikromaliyyə birliyinin və onun müştərilərinin maraqlarının təmin olunması üçün effektiv birgə fəaliyyətin təşviq edilməsi missiyasına xidmət edir. Son 20 il ərzində ölkədə olan mikromaliyyə təşkilarının sayı artaraq mikromaliyyə sektorunu iqtisadi inkişaf prosesində əsas iştirakçılardan birinə çevirmişdir. Hazırda maliyyə bazarında 53 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.