Azərbaycanın Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər əsasən kölgə iqtisadiyüatının həcminin azaltmaq və vergidən yayınmanın qarşısını almaq məqsədi daşıyır. Bu barədə FED.az-a Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov bildirib. Onun sözlərinə görə, dəyişikliklərdə əsas istiqamətlərdən biri də düzgün işləyən və vergi qanunlarına əməl edən şəxslərə imtiyazların verilməsidir: «Ümumilikdə islahatların istiqaməti məni qane edir. Sirr deyildi ki Azərğbaycanda kölgə iqtisadiyyatı yetərincə yüksək səviyyədədir».
AMCHAM rəhbəri bildirib ki, vergi dəyişiklikləri ilə bağlı müzakirələrdə təşkilat da iştira edib: «Bundan əvvəl də təkliflərimiz və görüşlərimiz olub. Bu görüşlərin nəicəsi olaraq onların özlərinin təkliflərini analiz edib şərhlərimizi vermişik».
Bununla yanaşı, N.Kərimov bildirib ki, vergi dəyişiklikləri ilə bağlı müzakirələr hələ davam edir: «Düzdür, indi hələ məsləhətləşmələr davam edir, yekun layihəni hələ görməmişəm, ola bilər ki, gördükdən sonra elə məqam olsun ki, vergi ödəyicilərinin marağını tam qorumasın, onunla bağlı təkliflərimizi nazirliyə verəcəyik».