Azərbaycan Mərkəzi Bankı tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanının üstündə niyə yeni deyil, sabiq sədrin imzası olması məsələsinə aydınlıq gətirib.
Eləcə də bax: Mərkəzi Bank yeni "10 manatlıq" buraxır – FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, buna şərh gətirən requlyator deyib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun imzası əks olunub.
Hazırda Mərkəzi Banka isə cari ilin ikinci rübündən başlayaraq Taleh Kazımov sədrlik edir.