Azərbaycan Mərkəzi Bankı (AMB) və banklararası sistemə nəzarət edən beynəlxalq təşkilat SWIFT arasında yeni ödəniş həllərinin təqdim edilməsi müzakirə edilib.
"Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan SWIFT-in Rusiya, Qafqaz və Mərkəzi Asiya regionu üzrə rəhbəri Matthieu De Heering ilə görüş keçirilib. Görüşdə təşkilatın Azərbaycanda fəaliyyət göstərən maliyyə institutları ilə əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və yeni ödəniş həllərinin təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin AMB və SWIFT arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.