Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” şirkəti arasında ölkədə ödəniş sistemlərinin inkişafı müzakirə edilib.
AMB: QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bankın sədri Taleh Kazımov “Mastercard” şirkətinin baş xidmət direktoru Kreyq Vosburqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində Mərkəzi Bank və Mastercard arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Mərkəzi Bank tərəfindən ödəniş sahəsi üzrə qarşıya qoyulmuş hədəflər və strateji prioritetlərdən bəhs olunub.
Görüşdə həmçinin ölkədə ödəniş sistemlərinin inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.















