Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) xəzinədarı Axel van Nederveenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” hesabında bildirib.
“Görüş zamanı AYİB-in Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ilə bağlı məsələləri müzakirə etdik, yerli pul bazarları haqqında fikir mübadiləsi apardıq”, - deyə baş bankir paylaşımda bildirib.