Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib.
FED.az xəbər verir ki, bu barədə AMB-məlumat verir.
Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır. Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-da verilib. (Report)