Rusiya ilə siyasi münasibətlərdə gərginliyin iqtisadi münasibətlərə təsiri haqqında Mərkəzi Bankının sədri Taleh Kazımov fikirlərini bildirib.
FED.az xəbər verir ki, o qeyd edib ki, bu ilin ilk 6 ayı ərzində idxal və ixrac göstəricilərində və pul baratlarının həcmində hər hansı əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.
Bundan başqa sədr Rusiyanın bəzi banklarının Swift sistemindən çıxarılması ilə bağlı vurğulayıb ki, "Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir. Bu prosesin Azərbaycandan olan proseslərə hər hansı bir təsiri, çətinliyi yoxdur".