Azərbaycan Mərkəzi Bankının valyuta bazarına satışyönlü müdaxiləsi 2024-cü ilin sonuna qədər davam edəcək.
Dollar tələb olunub, Mərkəzi Bank xüsusi satış həyata keçirib - Valyuta ehtiyatları azalıb
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, bu ilin oktyabr ayı ərzində 424 milyon ABŞ dolları məbləğində valyuta satışımız baş tutub. Bu da dövlət ehtiyacının ödənilməsi ilə bağlıdır. Gözlənilir ki, növbəti 2 ayda da satışımız olsun.