Biz bankları da broker xidmətinə cəlb edirik
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Mərkəzi Bank olaraq kapital bazarının böyük potensiala malik olmasını qiymətləndiririk.
AMB sədri qeyd edib ki, bankların kredit verməkdə çətinliyi də korporativ idarə etmə sistemlərinin maliyyə hesabatlarının şəffaf olmaması ilə bağlıdır. Kapital bazarlarında vəziyyət fərqlidir, biz bazara çxış tələblərinin yumuşaldılması üçün çalışırıq. Çalışırıq ki, yumuşaldılma olsun və sahibkarlar bazara gəlsin. Ama sahibkarların maliyyə hesabatları və audit hesabları mütləq əlçatan olmalıdır. Əsas məqsəd kapital bazarının şəffaf effektiv və çevik olmasıdır. Kapital bazarının rəqəmsallaşdırmasını həyata keçirəcəyik ki, həm investor həm sahibkar bu bazarlarda tam rahat əməliyyatlar apara bilsin.
"Əlavə olaraq qeyd etmək istəyirik ki, biz bankları da broker xidmətinə cəlb edirik. Bu banklar arasında investisiya bazarının inkişafı istiqamətində təsirli olacaq" - deyə Taleh Kazımov bildirib.